|
ABŞ hərbi dəniz qüvvələrinə məxsus helikopter qəzaya düşüb

ABŞ hərbi dəniz qüvvələrinə aid bir vertolyot Kaliforniya ştatının San Dieqo sahillərində qəzaya uğrayıb.

"Report" xəbər veriri ki, hazırda axtarış-xilasetmə işləri davam edir.

Bildirilir ki, MH-60S helikopteri Abraham Linkoln təyyarə gəmisindən müntəzəm uçuş həyata keçirərək, sahildən təxminən 110 kilometr aralıda suya düşdü.