|
Təhsil ocaqları açılacaqmı?

 

Ölkədə hamını  sentyabrın 15-i təhsil ocaqlarının açılıb- açılmayacağı maraqlandırır. Təbib rəsmisi məktəb və universitetlərin açılacağı, vətəndaşların ənənəvi təhsilə qayıtması üçün hazırlıq işlərinin getməsini vurğulasa da, yoluxma sayında müşahidə edilən artım ənənəvi təhsilə yaxın zamanda qayıdışı inkar edir.

Təhsil müəssisələrinin açılması təhlükələri də qaçılmaz edəcək. Əhalinin xəstəliyə qeyri- ciddi yanaşması , vətəndaşların maariflənməsinin aşağı səviyyədə olması, böyük problemlərə yol açacaq.

Məktəb və universitetlər açılsa, nəqliyyat və metroda nələrin baş verəcəyini təsəvvür edin.

“Kütləvi  immunitet” yaranması üçün  peyvənd olunanların sayı kifayət deyil. Və nəzərə alsaq ki,” Delta” variantına qarşı peyvəndləmə hələ aparılmayıb. Peyvənd pasportu alanların statistika göstəricisi  reallığı əks etdirmir.Saxta peyvənd pasportlarının verilməsi isə heç kimə sirr deyil. Covid xəstəsi kimi qeydiyyata alınanların sayı da həqiqəti əks etdirmir.

Cia.az