|
Gəncədə küçədə 3-4 aylıq qız uşağı tapılıb

Gəncədə küçədə çantanın içində 3-4 aylıq qız uşağı tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 18 nömrəli məktəbinin yanında qeydə alınıb. Uşaq 2 saylı uşaq xəstəxanasına verilib.

Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.