|
Məsudla "Taliban" arasında döyüş:

Əhməd Məsudun rəhbərlik etdiyi qruplaşma "Taliban"ı Pəncşir yaxınlığında məğlub edib.

Bu məlumatı Əfqanıstan Müqavimət Cəbhəsinin mətbuat katibi Fəhmi Dəşti deyib.

Onun sözlərinə görə, toqquşma Baqlan vilayətinin Andarob rayonunda baş tutub. Toqquşma nəticəsində 10 terrorçunun öldürüldüyü, 50 nəfərin isə yaralandığı bildirilib.