|
Haluk Türkiyəni tərk edəcək

Türkiyəli müğənni Haluk Levent Türkiyəni tərk edəcəyini açıqlayıb.

Sənətçi xaricdə yaşayacağını bildirib:

 

"Gələn il oktyabrın 26-da işlərimi başqa dostlara həvalə edib, xaricə köçəcəyəm. "Ahbap" dərnəyində üzvlüyüm davam edəcək. Orada da 6 ilimi tamamlamış olacağam. Artıq musiqi ilə məşğul olmaq və özümə vaxt ayırmaq istəyirəm. Yəni, il yarım da dözəcəksiniz mənə".

Qeyd edək ki, H.Levent "Ahbap" dərnəyinin sahibidir.