|
Türk PUA-larının havalandığı hər səma barışa qovuşur

"Texnologiyadan sülh gətirmək, müharibələri bitirmək, soyqırımların qarşısını almaq və firavanlığı təmin etmək üçün istifadə edildikdə, bütün insanlığa xidmət edəcək."

Avropa.info xəbər verir ki, bunu Baykar şirkətinin istehsal etdiyi "Akıncı" PUA-nın orduya təslimi mərasimində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan, Türkiyənin istehsal etdiyi PUA-ların İkinci Qarabağ savaşında istifadəsinə də toxunub.

"Türkiyə olaraq, inkişaf etdirdiyimiz hər bir texnologiyanı bütün insanlığın faydasına və xeyrinə istifadə etməkdir. Müdafiə sənayesində eyni baxış və eyni hisslə hərəkət edirik. Bu gün Suriya, Liviya və Azərbaycanda (İkinci Qarabağ savaşı nəzərdə tutulur: avropa.info) qarşısının alınmasına yardım etdiyimiz insanlıq faciələri bu anlayışın nəticəsidir. Bu səbəbdən Türk əsgərlərinin addım atdığı hər bir torpaq, Türk bayraqlı PUA-ların havaya qalxdığı hər səma barışa qovuşur. Cənubi Asiyadan Şimali Afrikaya, Yaxın Şərqdən Balkanlara qədər getdikləri coğrafiyaların insanları ilə danışmağa belə həvəs göstərməyənlər təbii ki, bu vəziyyətdən razı deyillər. Həyatları boyunca həmişə başqalarından nəsə oğurlamağa və yalnız özləri üçün çalışanlar əlbəttə ki, bu mənzərəni xoş qarşılamırlar.

Bu səbəbdən bölgəmizdəki atəş çevrəsini Türkiyəni də əhatə etmək üçün genişləndirməyə çalışırlar. Müxtəlif vaxtlarda PKK, FETÖ, İŞİD və YPG -ni irəli sürdülər. Ölkəmizi hər cür bəlaya çəkmək cəhdinin arxasında həmişə bu strategiya dayanır. Terror təşkilatlarının fayda vermədiyi hallarda gizli və açıq embarqolar, iqtisadi tələlər və diplomatik hiylə ilə nəticə əldə etməyə meylli idilər. Allahın köməkliyi ilə həm meydanda, həm də masada bütün bu oyunları aşdıq. Türkiyənin son 19 ildə əldə etdiyi nəticə 84 milyon insanımızın birgə uğurudur. Bütün dünyada ürəkləri bizim üçün döyünən yüz milyonlarla qardaşlarımızın bu uğurda böyük payı var",- deyə Ərdoğan qeyd edib.