“А'Studio” qrupunun ilk solisti Batırxan Şukenov 52 yaşında dünyasını dəyişib.
Cia.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, ifaçı infarkt nəticəsində ölüb. Qrupun digər üzvü Keti Topuriya həmkarının ölümü ilə bağlı başsağlığı verib.
Batırxan Şukenov Qazaxıstanda anadan olub. O, ilk karyerasına saksafonçu kimi başlayıb. 1988-ci ildən isə “А'Studio”nun ilk solisti kimi çalışıb. O, qrupu 2000-ci ildə tərk edərək solo karyerasına başlayıb.
Cia.az
