|
“HB Güvən” də güvənsizlik

Cia.az saytının əldə etdiyi məlumata görə, “HB Güvən” klinikasında ekspress “Covid” testləri götürülür , testin nəticələri isə TƏBİB-in sistemində qeydə alınmır. Testin müsbət və ya mənfi cavabı yalnız test verən şəxsə bildirilir. Nəticədə onun xəstə olması barədə məlumat ümumrespublika statistikasında da əksini tapmır. Ekspress testlərin qiyməti 70 manat civarındadır. Pasiyent testin nəticəsinin TƏBİB-in sistemə düşməsini istəyirsə, əlini yenidən cibinə salmalı olur.Əlavə 30 manat ödəyərək, test nəticəsini sistemə saldırır. Dünyanı təşvişə salan karonavirusla zarafat edən “HB Güvən” klinikası vətəndaşların sağlamlığı ilə oynamaqda davam edir. Pandemiyadan qazanc götürmək üçün istifadə edən xəstəxana rəhbərliyi yayılan məlumatla bağlı heç bir açıqlama vermək. İddiaları təsdiq və yaxud təkzib etmək əziyyətinə qatlaşmır. TƏBİB rəsmisi isə bu qədər ciddi bir məsələyə aydılıq gətirərək bildirir ki, özəl klinikalarda test məsələsi TƏBİB-ə bağlı deyil və kimin nəzarət etdiyini bilmirlər. Səhiyyə Nazirliyi isə açıqlama verir ki, özəl xəstəxana olduğu üçün Səhiyyə Nazirliyinin nəzarətində deyil. Sual yaranır ki, nə TƏBİB, nə də Səhiyyə Nazirliyinin nəzarətində deyilsə, niyə özəl xəstəxanalarda bu testlərin aparılmasına icazə verilir? Bu qədər insan tələfatına səbəb olan xəstəliyə qeyri-ciddi yanaşmağın məsuliyyəti hansı qurumun üzərinə düşür? Bu kimi özbaşınalıqlar davam etdiyi təqdirdə karonavirusa qalib gəlməyin yollarından danışmaq absurddur.

Cia.az