|
Müharibədən keçən 11 ay -

Avqustun 27-də Azərbaycanın tarixi qələbəsi ilə bitən Vətən müharibəsinin 11-ci ayı tamam olur. Azərbaycan müharibədən keçən 11 ayda da elə 44 günlük Vətən müharibəsi kimi möhtəşəm tarix yazdı.

10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının əsas bəndlərini Ermənistan hələ də icra etməkdən ən müxtəlif bəhanələrlə boyun qaçırsa da, Azərbaycan sənədlərin icrasında israrlıdır. Azərbaycan müharibədən keçən 11 ayda işğaldan azad olunan torpaqların minalardan təmizlənməsi və yenidən qurulması istiqamətində də ciddi uğurlara imza atdı.

Çətin relyefə baxmayaraq, Şuşaya aparan Zəfər yolu artıq tamamlanır, Füzuli aeroportu istismara hazırlanır. İşğaldan azad digər bölgələrdə də aeroportların təməli qoyulub, Ağdamın baş planı qəbul edilib, Zəngilanda “Ağıllı kənd” projesinin əsas istiqamətləri üzərində iş də sürətlə davam edir. Çətin relyef şəraitinə baxmayaraq Kəlbəcərə elektrik xətlərinin çəkili uğurla həyata keçirilir. Əsas problem yenə də minalar olaraq qalır ki, Azərbaycan da bu istiqamətdə işlər görür, amma ermənilər bu prosesi də yubatmaq üçün əllərindən gələni edirlər.

Şuşaya aparan Zəfər yolu adı qədər möhtəşəm olacaq" - Mustafa Şentop

Müharibədəki qələbənin siyasi-diplomatik cəbhədə möhkəmlənməsi istiqamətində də fəaliyyət davam edir. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi buna sübutdur.  Azərbaycan Qərbin bəzi dairələrinin və ermənipərəst ölkələrinin yenidən ortaya atdıqları “status  məsələsini” prinsipial olaraq rədd edir, bu məsələdə təzyiqləri önləmək üçün diplomatik fəaliyyətini  genişləndirir. Ermənistanın terrorçu mahiyyətini ifşa edən erməni terrorçularının məhkəməsini də bu məqamda yada salmaq yerinə düşər.

Bu mövzuda fikirlərini “Yeni Müsavat”la bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirdi ki, təkcə diplomatik yox, digər bir çox istiqamətlər üzrə Azərbaycan müharibədən keçən müddət ərzində mövqelərini möhkəmlədib: “Mövqelərimizin möhkəmlənməsi isə təbii ki, ilk növbədə qələbəmizin möhkəmlənməsidir. 44 gündə 30 ilə yaxın müddətdə işğal altında olan rayonlarımız azad olunub. Bu çox böyük ərazidir. Əsas qələbəmiz şübhəsiz ki, budur. 10 noyabr üçtərəfli bəyanatından sonra keçən dövrə nəzərə salsaq görəcəyik ki, hərbi qələbəmizin nəticəsi olaraq üç rayonumuz-Ağdam, Kəlbəcər, Laçın Azərbaycana döyüşsüz geri qaytarılıb. Bu, həm də diplomatik qələbəmiz sayıla bilər. Müharibədən sonrakı dövr diplomatik müharibənin önə çıxması dövrüdür. Diplomatik mübarizədə də Azərbaycan bir çox uğurlara imza atıb. Diplomatik cəbhədə möhkəmlənməyimiz qələbəmizi möhkəmləndirən şərtlərdəndir.

İşğaldan azad olunan ərazilərdə sürətli bərpa işlərinin aparılması, ərazilərə beynəlxalq təşkilatların, xarici jurnalistlərin, səfirlərin səfərlərinin təşkil edilməsi diplomatik cəbhədə, informasiya müharibəsində xeyirimizə olan addımlardandır.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Diplomatik cəbhədə uğurlarımızdan danışarkən ilk növbədə iyun ayında qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsini qeyd etmək lazımdır. Azərbaycan-Türkiyə münasibətləri bununla daha yüksək səviyyəyə çıxmış oldu. Artıq dünya qarşısında ölkələrimiz bəyan ediblər ki, həm siyasi, həm hərbi müttəfiqdirlər. Türkiyə kimi böyük dövlətlə hərbi müttəfiqliyimiz diplomatik cəbhədə də gücümüzü artırır və qələbəmizin möhkəmlənməsində ciddi əhəmiyyətə malikdir. Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər etməsi də bu baxımdan ciddi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin tez-tez işğaldan azad olunan rayonlarımıza səfərlər etməsi, oradan verdiyi bəyanatlar, mesajlar özü həm də diplomatik cəbhədə mübarizəmizin tərkib hissələrindəndir və qələbəmizin möhkəmlənməsində son dərəcə ciddi rol oynayır. Məsələn, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan münaqişəni həll edib, artıq Qarabağ münaqişəsi yoxdur və ona görə də beynəlxalq vasitəçiliyə, xüsusən Minsk Qrupunun vasitəçiliyinə ehtiyac qalmayıb, ermənilərə Azərbaycan vətəndaşı statusundan artıq bir status verilməyəcək. Bu, təkcə Azərbaycan ictimaiyyəti və ermənilərə ünvanlanan mesajlar olmayıb, eyni zamanda beynəlxalq birliyə ünvanlanan mesajlar olub. Bununla Azərbaycan öz qəti mövqeyini nümayiş etdirib. Azərbaycan Prezidenti hücum diplomatiyasından da məharətlə istifadə edir. Məsələn, Azərbaycanın tarixi əraziləri olmuş Zəngəzur, Göyçə mahalının, eləcə də SSRİ tərəfindən zaman-zaman qanunsuz olaraq Ermənistan deyilən dövlətə birləşdirilən digər torpaqlarımızın məsələni qaldırıb. Bu məsələ Ermənistan daxilində müharibə və müharibədən sonra yaranan gərginliyi, qorxunu daha da artırıb. Eyni zamanda diqqət edirsinizsə, Azərbaycan Prezidenti bu məsələləri tarixi, hüquqi sənədlərə əsaslanaraq qaldırdığı üçün beynəlxalq birlikdən əks reaksiya demək olar yoxdur. Bu amil də diplomatik mübarizəmizdə xüsusi qeyd olunmalıdır”.

Füzuli Beynəlxalq Hava Limanı - Belə Olacaq - FOTO - FED.az

Həmsöhbətimiz hesab edir ki, Azərbaycanın hərbi qələbəsi ilə yanaşı, diplomatik mübarizədə də öndə olması artıq yavaş-yavaş Ermənistanın öz məğlubiyyətini qəbul etməsinə gətirib çıxaracaq: “Ermənilərin on illər boyu özləri üçün əsas götürdükləri ideologiyanı Azərbaycan həm döyüş meydanında məhv edib, həm də diplomatik müharibədə sıradan çıxarıb. Ermənilərin ideologiyası darmadağın olub. Sadəcə ermənilər öz məğlubiyyətlərini gec-tez qəbul edəcəklər. İctimai, psixoloji baxımdan bunun baş verməsi müəyyən vaxt tələb edir. Artıq erməni cəmiyyəti fərqindədir ki, dəmir yumruq faktoru hər zaman üzərlərindədir”.

T.Zülfüqarov onu da dedi ki, Azərbaycan Prezidentinin beynəlxalq miqyasda atdığı bir sıra başqa addımlar da Azərbaycanın nüfuzunu artırmış oldu və bu da dolayısı ilə Azərbaycanın müharibədən sonrakı diplomatik savaşda əlini gücləndirdi: “Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev koronavirus pandemiyası ilə mübarizə üçün BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü qaldırdı. Ermənistan istisna olmaqla BMT-yə üzv dövlətlər, BMT rəhbərliyi bu təşəbbüsü dəstəklədi və Baş Assambleyanın sessiyası keçirildi. Prezidentin bu addımı dünyada Azərbaycanın mövqelərinə şübhəsiz ki, müsbət təsir göstərdi. Ermənistanın ümumbəşəri bəla olan koronavirusla mübarizəyə həsr olunan tədbirə, təşəbbüsə müsbət reaksiya verməməsi isə Ermənistanın zərərinə işlədi. Dünya bir daha bu ölkənin necə cılız olduğunu gördü, humanizm ideyalarından uzaqda dayandığının şahidi oldu”.

Elçin Mirzəbəyli: “Sözə, ədəbiyyata minnətdarlıq borcum var”

Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, əslində Azərbaycanın diplomatik cəbhədə öz mövqelərini möhkəmləndirmək prosesi 44 günlük Vətən müharibəsindən xeyli öncə başlayıb: “Azərbaycanın ikitərəfli və üçtərəfli əməkdaşlıq müstəvisində atdığı addımları, Avropa İttifaqının, NATO-nun, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Türk Şurasının, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərlə, BMT-nin müxtəlif təsisatları və digər nüfuzlu beynəlxalq təşkilatlarla münasibətlərin daha üst səviyyəyə daşınması istiqamətində həyata keçirdiyi nəzərə alsaq, bütün prosesin vahid bir strategiya əsasında irəliyə doğru aparıldığını deyə bilərik: “Bu sıraya Azərbaycanın dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına üzvlüyünü və bu üzvlüyün gətirdiyi dividendləri də əlavə etsək mənzərə daha da aydın olar. Xatırladım ki, məhz Qoşulmama Hərəkatına üzv dövlətlərin prinsipiallığı sayəsində Azərbaycanla bağlı ədalətsiz bir sənədin BMT Təhlükəsizik Şurasının müzakirəsinə çıxarılması mümkün olmadı”.

E.Mirzəbəyli qeyd etdi ki, məlum olduğu kimi ölkəmiz 44 günlük müharibə dövründə də diplomatik mövqelərini möhkəmləndirmək istiqamətində kifayət qədər ciddi və ardıcıl tədbirlər həyata keçirdi. Məhz bu tədbirlərin, həmçinin Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin və qardaş Türkiyə ilə sinxron fəaliyyətimiz sayəsində biz kifayət qədər ciddi təzyiqlərin qarşısında dayana, ədalətli mövqeyimizi müdafiə edə bildik.

Politoloq vurğuladı ki, geridə qalan 11 ay ərzində dövlətimizin həyata keçirdiyi siyasətin təməl prinsiplərindən biri Azərbaycanın qələbəsinin legitimliyinin qəbul edilməsi ilə bağlı idi. Buna da ən yüksək səviyyədə nail olmuşuq və 44 günlük müharibənin nəticələri, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması müzakirə predmeti deyil, belə bir perspektivin ola biləcəyi də gözlənilmir: “Ötən 11 ay ərzində əsas hədəflərimizdən biri Ermənistanla sərhəddə və işğaldan azad edilmiş ərazilərimizdə möhkəmlənməyimiz, təhlükəsizliyimizə təhdid yaradan bütün amillərin qarşısının alınması idi və bu istiqamətdə də nəticələr göz qabağındadır. Azərbaycan bu müddət ərzində işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesinə dünyanın aparıcı dövlətlərini, böyük təsir imkanları olan şirkətləri cəlb edə bilib ki, bütün bunlar olduqca böyük diplomatik səylər tələb edir”.

“Yeni Müsavat”