Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı artıq rejimə sərf etməyən adamları işdən kənarlaşdırır.
Bu barədə CNN telekanalı məlumat yayıb. Kanalın informasiyasına əsasən ölkədə vətəndaş müharibəsinə son qoymaq məqsədilə qurulan Milli barış üzrə Ali şuranın iki üzvü, keçmiş prezident Həmid Karzay və keçmiş xarici işlər naziri Abdulla Abdulla mühafizəçilərsiz və avtomobilsiz qoyulub.
“Taliban” hərəkatının döyüşçüləri Karzayın ətrafındakı adamların silahlarını əlindən alıblar. Nəticədə Həmid Karzay Abdullanın evinə köçməyə məruz qalıb. Hazırda onların hər ikisi faktiki ev həbsi şəraitində yaşayırlar.
Xatırladaq ki, həm Həmid Karzay, həm də Abdulla Abdulla Əfqanıstanı idarə edəcək 12 nəfərlik İdarə heyətində yer almışdılar.
