|
Böyük Britaniya kəşfiyyatı:

Yaxın bir neçə saat ərzində Kabil beynəlxalq hava limanına terror hücumu həyata keçirilə bilər.

Bu barədə Böyük Britaniyanın Silahlı qüvvələr naziri Ceyms Hiappi “Sky News” kanalına danışıb.

Onun sözlərinə görə, müxtəlif terror qruplarından gələn təhdidlərin miqyası olduqca böyükdür.

Qeyd etmək lazımdır ki, ABŞ Müdafiə nazirliyi də Kabildə terror aktlarının törədilməsi ehtimalının olduqca yüksək olduğunu dilə gətirib. Pentaqon rəsmilərinin informasiyasına əsasən, “İŞİD”in “Xorasan” qruplaşması artıq bununla bağlı hərəkətə keçib.

CNN telekanalına danışan terrorizmlə mübarizə üzrə regional mərkəzin nümayəndəsi artıq “İŞİD-Xorasan” qrupunun bir neçə yüz üzvünün Kabilin şərqində yerləşən Baqram və Puli-Çarxi həbsxanalarından qaçdığını bildirib. Bu səbəbdən ABŞ hərbçiləri vəziyyətin qorxulu hal aldığını dilə gətirirlər.