|
"Bir zamanlar Kıbrıs"ın aktyoru evləndi - Fotolar

"Bir zamanlar Kıbrıs" serialında "Rauf Denktaş" obrazına həyat verən aktyor Devrim Saltoğlu ailə həyatı qurub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Nazlı Saltoğlu ilə nikah masasına əyləşib.

Cütlüyün toyunda Serkan Çayoğlu, Özgə Gürəl, Ahmet Kural, Çağla Gizem kimi məşhur simalar da iştirak edib.