Peyğəmbər əfəndimiz qız uşaqlarını xor görməyin buyurdu. İslamda qız uşaqlarının fəziləti daha böyükdür. İki qız övladına gözəl rəftar edən mütləq cənnətə girər. Güloğlanın iki qız övladına qəddar münasibəti, sonbeşiyinin vəhşicəsinə qətlinə sərəncam verməsi, məhbəsin və cəhənnəmin qapılarına üzünə taybatay açacaq. İslamda olan hədislər, müqəddəs kəlamlar, rəvayətlər, izahatlar, tövsiyyələr, elmi araşdırmalar təəssüflər olsun ki, şərq təfəkküründə qız uşağına olan münasibəti köklü şəkildə dəyişə bilmədi. Təfəkkürümüzdən hələ də şərqin qız ovladına münasibətdə olan çürük düşüncələri tam silinməyib. Bir körpəyə qıymaq isə nəinki vəhşilik , canilik ümumiyyətlə, adlandırmaqda acizəm,doğma balasına qıyan atanı vəhşi adlandırmaq törədilən cinayət qarşısında cox bəsit kəlimədir. Qız ataları qadın və qızlarının cəmiyyətdə üzləşdiyi problemləri çiyinlərinə alacaq qüvvəni toplamalıdır. Güloğlan kimi spirtli içki qəbul edib , Allahın yaratdığı körpəyə qıymaq nəinki atalığa, insanlığa yaraşmayan xüsusiyyətdir. İçib günləri sərxoş yola verən Güloğlan özü kimi oğlan övladı arzulayırdı ki, bir ailəni də o, bədbəxt etsin.
Cinayətkarı ata adlandırmaqla Ata kəliməsini ucuzlaşdırmayaq.
İnsan belə bir cəmiyyətdə yaşadığı üçün xəcalət çəkir. Axı niyə ruhi xəstə, psixoloji problemi olan insanlar evlənib nəsil artırır. Dəli, ruhi xəstə mütləq ki, hamı evlənib davamçı peydahlamalıdır. Budur bizim yanlış düşüncəmiz. Seriyalı qətillər tarixində Güloğlanın qətli xüsusi yet tutacaq. Uşaqlar az kapriz etsin deyə, onlarla daha çox vaxt keçirmək əvəzinə vecsiz Güloğlan uşağın səsini bir dəfəlik kəsir. İttihamın ciddi olmasına baxmayaraq, mənfur qatil Güloğlana 18 il həbs qətimkan tədbiri seçilib, ölüm cəzası da yüngül olardı Güloğlan üçün, hətta mükafat olardı. 18 il isə dəhşətli cinayətə yüngül cəzadır. Bu faciə, Güloğlan kimilərin həyatı övlad qatillərinə örnək olmalıdır. Normal insan yetişdirmək uzun və ciddi bir prosesdir. Fiziki və mənəvi sağlam fərd yetişdirmək barədə dövlətin proqramı olmalıdır. Cəmiyyət günü-gündən eybəcərləşir. Tərbiyə, təhsil, mənəviyyat, məşğulluq, maddi təminat barədə ciddi düşünülməlidir.
cia/az
