|
Nehrəmlilərin mülk savaşı davam edir
Fırıldaqçılıq- aldatma, hiylə və yalan bəhanələrin daxil olduğu iqtisadi cinayətdir. Tağı Nehrəmlinin cinayəti isə konstruktiv fırıldaqçılıq üzərində bərqərar oldu. Eribar münasibətlərindən gəlir götürməyi, maliyyə artırmağı planlayan İbrahimovlar İqtisadi cinayət törətsələr də, törətdikləri cinayətin sübuta yetirilməsinə baxmayaraq, məsuliyyətdən boyun qaçırmağı hələki bacarırlar. Fırıldaqçılıq yalnız cinayət məsələsi deyil, həm də mülki məsələdir. Fırıldaqçılıq cinayəti mühakimə olunur, məhbəsə aparan yolun istiqamətini göstərir. İbrahimovların fırıldaq və yalanları hər dəfə müxtəlif libasa bürünür. Nağıl uydurmaqda mahir olan Tağı Nehrəmli və əlaltıları Nağı kişiyə və məhkəməyə hər dəfə bir yalanla üz tutur.
Yalan ayaq tutur ancaq yerimir
MMC-nin direktoru Nəriman İbrahimov isə iddia edir ki, Nağı kişiyə borcu ödəyib. Lakin necə ödəyibsə, pulu harada , kimə ödədiyini sübuta yetirə bilmir. Müasir dövrdə bütün ofis və şirkətlər müasir avadanlıqlarla təchiz olunub. Az qala ayaqyoluna da quraşdırılacaq kameralar görəsən niyə “Global –Sf” MMC-nin ofisinə yerləşdirilməyib. MMC-nin direktoru Nəriman İbrahimovun əlində tutarlı səbəb olmadığından məhkəmədə tutarlı sübüt və fakt təqdim edə bilmir. Necə deyərlər, “yalan ki var, doğrunun quludur”. Ibrahimovların yalanları Nağı Nehrəmlinin həqiqətlərinin qarşısında hafizəsini itirib. Məhkəməyə riyakar batalyonundan yalançı şahid göndərən Tağının sevinci qursağında qalır. Nərimanın guya Mamedovlar ailəsinin borcunu qaytarması iddiası ləğv olunub.
Yalançının hafizəsi olmaz
Şahid qismində dindirilmiş iddiaçının bacanağı Huseynov Akif Nəcəfqulu oğlu Nağı Mamedova bir dəfə 3000, ikinci dəfə 4000 pul verməsini, 50000 manatın qaytarılmasında iştirak etsə də, Nağının pulu götürməsini görmədiyini söyləmişdir. Şahid ifadələrinə görə borcun 16.500 manatı Həmid İbrahimov tərəfindən deyil, başqaları tərəfindən qaytarılmış, 50000 manatın qaytarılmasında isə Həmid İbrahimovun bilavasitə iştirak etməsi nə şahid ifadələrində, nə də Həmid İbrahimovun ifadələrində dəqiq və ətraflı ifadə olunmamışdır. Şikayətçi Məmmədov Nağı Bayram oğlunun məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, Nehrəmli Nağı kişi latın qrafikasında oxuyub yaza bilmir. Bundan Nağı kişinin əlehinə istifadə edən havadarlar ona borcun ödənməsinə dair hazır izahata qol çəkdirmişlər. MMC-nin nümayəndəsi izahatlarında və məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində Nağı Mamedovdan 68.000 manat məbləğində borc alındığı etiraf olunmuşdur. Mamedovların mənzil almaq üçün ödədiyi 61.200 manat isə mənzil alqı satqısına dair müqavilədə öz əksini tapmışdır. Ümumilikdə Nağı kişiyə İbrahimovların qaytarmalı olduğu pul 129.000 manat təşkil etsə də, Nağı kişi kimi yüzlərlə vətəndaş fırıldaqçı İbrahimovların konstruktiv cinayətlərinin qurbanı olublar.
Dövlətin qanunlarına, məhkəmə qərarlarına məhəl qoymayan İbrahimovlar görəsən, kimə və nəyə arxalanır?
ATV- nin keçmiş prezidenti, iş adamı Tağı İbrahimovdan vətəndaşlar dövlət başçısına şikayət edərək, İbrahimovun onların milyonlarla pulunu mənimsədiyini iddia etmişlər. 2015-ci ildən Tağının cinayətləri televiziya kanallarında işıqlandırılsa da, Sahibkar Tağının bostanına daş atılmayıb. Tağı İbrahimovun qardaşları da tikinti biznesi ilə məşquldurlar. Ümumiyyətlə, Hər üç qardaşın adı mətbuatda daim maliyyə fırıldıqları ilə xatırlanır.
 
 
 
 
 
 
Daxil et
 
 
12:07