|
“Azərbaycanda ”Taliban"a qoşulmaq istəyənlər ola bilər" - ekspert

Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi ümumilikdə regionda terrorçuluğun genişlənəcəyi barədə  mülahizələrə yol açıb. Bir sıra ölkələrlə yanaşı, Azərbaycandan da “Taliban”a qoşulmaq həvəsində olanların mümkünlüyü istisna deyil. 2012-ci ildə “Ərəb baharı” başlayandan sonra ölkəmizdən həmin regiona gedənlər olmuşdu. 2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, o zaman terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü  barədə məlumat verilmişdi.

Bu barədə “Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat” adlı yekun hesabatda da məlumatlar yer alırdı. Hesabata əsasən, Azərbaycandan Suriya və İraqdakı ekstremist təşkilatlara qoşulmuş yerli sakinlərin yaşayış yerlərindən görünür ki, bu rəqəm cənub regionundan 22 nəfər olduğu halda, şimal və şimal-qərb regionlarından olanların sayı müvafiq olaraq 201 və 114 nəfərdir. Rəqəmlərdəki bu uyğunsuzluq ekstremist ideyaların şimal sərhədləri boyu yayılması ilə əlaqələndirilə bilər. Bu rəqəm cənub regionundan 22 nəfər olduğu halda, şimal və şimal-qərb regionlarından olanların sayı müvafiq olaraq 201 və 114 nəfərdir.

Hesabatda deyilirdi ki, geri qayıtmış şəxslər tərəfindən ekstremist ideyaların yayılma riski Azərbaycanın səlahiyyətli orqanları tərəfindən təsdiqlənib və aidiyatı riskin qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülüb. Həmin şəxslərdən az sayda insan Azərbaycana qayıdıb və sanksiyalara məruz qalıb. Daxili İşlər Nazirliyinin təqdim etdiyi rəqəmlərə görə, 309 şəxs (261 kişi və 48 qadın ) ölkəyə qayıdıb (əsasən, Sumqayıt, Qusar, Balakən və Zaqataladandır). Hesabata əsasən, ekstremist ideologiyaların yayılma mənbələri əsasən, xarici mənbələr olub və sadəcə o regionlardakı dini sferada mövcud gərginliklərlə qarşılıqlı əlaqə vasitəsilə gücləndirilib. Hesabatda həmçinin bildirilir ki, bu günə qədər münaqişə ocaqlarında olan və valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb. Hesabatda qeyd edilib ki, birbaşa döyüşə cəlb edilən və ya travmativ təcrübələrə məruz qalan, silahlı münaqişə zolaqlarından geri qayıtmış uşaqlara məsləhət verməklə onların sosiallaşmasını, eləcə də emosional və ideoloji məsələlərini hərtərəfli əhatə edən xüsusi qayğıya ehtiyacı var. “Geri qayıdanların reinteqrasiyalarını asanlaşdırmaq üçün keçmiş döyüşçülər və onların ailə üzvləri üçün xüsusi reabilitasiya mərkəzlərinin qurulmasına ehtiyac var,” sənəddə qeyd edilirdi.

Hazırda dünyanın, özəlliklə ölkəmizin yerləşdiyi regionun diqqəti Əfqanıstandadır. “Taliban”a qoşulmaq üçün Azərbaycandan gedənlər ola bilərmi? “Ərəb baharı” günlərində Yaxın Şərqdəki terrorçu qruplar sıralarını möhkəmlətmək üçün internet üzərindən “verbovka” əməliyyatı aparırdılar ki, nəticədə bir çox ölkələrdən, o cümlədən Azərbaycandan da onların sırasına qoşulanlar olurdu. Suriya və İraqda İŞİD-in “at oynatdığı” zaman isə bu kimi hallar daha da artmışdı. Təkcə İŞİD-ə deyil, digər silahlı qruplaşmaların sıralarına da yüzlərlə Azərbaycan vətəndaşı qoşulduğu faktdır. Amma indi Əfqanıstan Azərbaycan sərhədlərindən çox uzaqdır və “Taliban” hələ ki “Qərb şeytanlarına” qarşı müqəddəs cihad elan etməyib. “Taliban”a Mərkəzi Asiya dövlətlərindən qoşulanların olacağı gözləniləndir, bəs Azərbaycandan necə? Bu təhlükəni önləmək üçün nə etməli?

Oxu.az - Elxan Şahinoğlu: “Ermənilərlə toqquşma olacaq, ordumuz antiterror  əməliyyatı keçirəcək” - VİDEO

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, Suriyada vətəndaş müharibəsi başlayanda terrorçu təşkilatlar orada peyda olan zaman azərbaycanlılardan kiminsə ora gedib müharibəyə qoşulacağını əksəriyyət güman belə etməyib: “O zaman Qarabağ problemi həll edilməmişdi. Amma biz nə gördük? Cihad adı ilə yüzlərlə azərbaycanlı gedib terrorçu təşkilatlara qoşuldu. Hətta bəziləri ailələrini də özləri ilə apardılar, imkanlı ailələrdən də belələri var idi. Sonra bir qismi orada öldürüldü, ailələri başsız qaldı. Bura qayıdanlar isə həbs olundu və uzun müddətə həbsxanalara dolduruldu”.

Elxan Şahinoğlu deyir ki, bu gün Əfqanıstanda bir çox dövlətlərin hələ də terrorçu təşkilat kimi tanıdığı “Taliban” hakimiyyətə gəlib: “Düzdür, ”Taliban" elə özü də açıqlama verir ki, 20 il bundan qabaqki təşkilat deyil. Ölkəni sivil qaydalarla idarə edəcəklər. Belə olarsa, azərbaycanlıların gedib bu təşkilata qoşulmasına ehtiyac qalmayacaq. Digər tərəfdən, Suriyadakı hadisələr bizim cihadçılara da yaxşı dərs olub. “Taliban” keçmiş siyasətinə qayıdarsa, yəni Əfqanıstanda terrorçu təşkilatlara şərait yaradarsa, Qərblə bütün körpülərini yandırarsa və cihad siyasətinə qayıdarsa, bəli, istisna deyil ki, Azərbaycandan da müəyyən radikal düşüncəli insanlar bu təşkilata qoşulmaq həvəsinə düşsün. Suriyadaki olaylar, məncə, bu düşüncədə olan bütün azərbaycanlılara dərs oldu. Bununla belə, Azərbaycanda da cihad eşqi ilə yaşayan insanlar ola bilər. Amma əsas ümid onadır ki, “Taliban” özü də səhvlərini, cinayətlərini üzə çıxararaq Əfqanıstanı 20 il bundan qabaqkı kimi idarə etməyəcək".