|
Tramp Əfqanıstandan təxliyə uçuşlarında terrorçuların ola biləcəyini bildirib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kabil hava limanından təxliyə edilən əfqanlar arasında terrorçuların ola biləcəyinə inandığını deyib.

APA xəbər verir ki, bu barədə Trampın Mətbuat xidməti məlumat yayıb. Sabiq prezident 26 min təxliyə ediləndən yalnız 4 mininin amerikalı olması faktına əsaslanaraq bu nəticəyə gəlib: “Əmin ola bilərsiniz ki, “Taliban” ən yaxşıların və ağıllıların getməsinə icazə vermir. Kabildən uçuşlara minərkən sərnişinləri lazımi yoxlamadan keçirmirlər. Bayden ABŞ-a nə qədər terrorçu gətirəcək? Bunu bilmirik”.