İndoneziyada narkotik maddələrin qaçaqmalçılığna görə ölümə məhkum edilmiş 8 nəfər edam edilib.
Cia.az-ın məlumatına görə, edam prosesi Nusakambanqan şəhərindəki Besi həbsxanasında səhərin erkən saatlarında icra olunub. Lakin son anda 9-cu filipinli qadın məhkumun edamı təxirə salınıb.
Avstraliya bu edamların ləğv olunması üçün İndoneziyaya müraciət etsə də nəticə verməyib. Edam olunanlar arasında avstraliyalı, nigeriyalı, braziliyalı və indoneziyalı var.
Filippinli Mari Jane Fiesta Velosonun edamı son anda Filippin prezidentinin xahişi ilə təxirə salınıb. Onun işinə yenidən baxılması qərara alınıb.
Cia.az
