|
Şəmkir sakini Rusiyada həmkəndlisi tərəfindən qətlə yetirilib

Rusiyada azərbaycanlı bıçaqlanaraq qətlə yetirilib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Moskva şəhərində yerləşən "Fud siti" bazarında qeydə alınıb. Öldürülən şəxsin Şəmkir rayonunun Yeni Həyat kənd sakini 1991-ci il təvəllüdlü Quliyev Rasim Rüfət oğlu olduğu bildirilib.

Araşdırma zamanı məlum olub ki, 30 yaşlı R.Quliyevi həmkəndlisi 28 yaşlı Həsənov Sabir Camal oğlu qətlə yetirib. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən R.Quliyev ailəli idi, 3 övladı var.