ABŞ rəsmiləri İranın Amerikaya məxsus gəmisini tutması barədə mediada yayılan məlumatları inkar edib.
Cia.az-ın məlumatına görə, daha əvvəl Səudiyyənin Al-Arabiya telekanalında ABŞ gəmisinin İranın Bəndər Abbas limanına müşaiyətlə aparılması barədə məlumat yayılmışdı.
Amma Pentaqon sözçüsü deyib ki, sözügedən gəmi Marşall Adalarının bayrağı ilə üzürdü və göyərtəsində amerikalı yox idi. “MV Maersk Tigris gəmisi Hörmüz boğazında üzürdü”- deyə Pentaqondan bildiriblər.
Qeyd edək ki, bundan əvvəl İranın qeyri-rəsmi "Fars" xəbər agentliyi demişdi ki, gəmi İranın ərazi sularına qanunsuz keçdiyi üçün saxlanıb.
Cia.az
