Məşhur sosial şəbəkə platforması olan “İnstagram” funksiyalarından birini ləğv edir.
“İnstagram” şirkəti hekayələr bölümündəki “yuxarı sürüşdürmə” funksiyasını ləğv edir. Bu xidmətin avqustun 30-da ediləcəyini bildirən platforma, bunun əvəzinə yeni xidmət olacağını da açıqlayıb. Şirkətin açıqlamasına görə yeni funksiya “link etiketi” adlanacaq.
“İnstaqram” sözügedən yeni funksiyanın bir qrup istifadəçi üzərində sınaqdan keçirildiyini də bildirib. İlkin məlumata görə, istifadəçilər bağlantılara yönlənmək üçün link etiketlərini tıklamalıdırlar.
Lakin yeni funksiyanın ilk növbədə hansı hesablara təqdim ediləcəyi dəqiq bilinmir.
Bununla belə, bu funksiyanın çox sayda izləyiciləri olan profillər, şirkət hesabları və təsdiq edilmiş hesablar üçün aktivləşdiriləcəyi təxmin edilir.
