Bu gün Ermənistan parlamentinin iclasında insident baş verib.
Müxalifətdə olan “Şərəf duyuram” blokundan olan deputat Anna Mkrtçyanın baş nazir Nikol Paşinyana söylədiyi sözlərdən sonra iqtidar deputatları hay-küy salıblar.
Anna Mkrtçyan deyb: “Əziz həmvətənlər. Siz hazırda bu zalda baş verənləri göə bilmirsiz. Bu adam (Paşinyan-red.) iclas salonuna öz şəxsi cangüdənlərini də soxub”. Bu sözlər hakim “Mənim addımım” blokunun nümayəndələrinin xoşuna gəlməyib.
Bundan sonra spiker Alen Simonyan Anna Mkrtçyana xəbərdarlıq edib. “Anna Mkrtçyan “kapitulyant” sözünü söyləyən kimi spiker onun mikrofonunu qapadıb və deputatı iclas zalından çıxarılması barədə göstəriş verib. Salona daxil olan mühafizəlilər parlament deputatını zorla sessiyanın işindən kənarlaşdırıblar.
