"Bavariya" futbolçusu Yozua Kimmixin müqaviləsini yeniləyib.
Qol.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilin yayına qədər sözləşmə imzalanıb.
Qeyd edək ki, Kimmix 2015-ci ildən “Bayern”də çıxış edir. Yarımmüdafiəçi Almaniya milli komandasının da üzvüdür.
