|
Dünya kriptovalyutaya keçid ərəfəsində -

Bu gün dünyanın bir çox ölkələrində minlərlə kriptovalyuta yaranmaqdadır. Doğrudur, yeni yarananlar ilk kriptovalyuta olan “Bitkoin” qədər aktiv olmasa da, perspektivli layihələr insanlar tərəfindən artıq qəbul edilir və istifadəyə yararlı hesab olunur.

Dünyanın və ölkəmizin aparıcı şirkətləri gündən-günə blokçeyn texnologiyasında struktur inteqrasiyasını təmin etmək üçün ciddi addımlar atırlar. Bir çox şirkət artıq məhsullarını kriptovalyuta yolu ilə satmağa başlayıb. Dünyada yalnız kriptovalyuta ticarəti üçün açıq olan yüzlərlə platforma var. Qonşu ölkələrdə də fəaliyyət göstərən yerli kriptovalyuta ticarət platformaları var. Onlar dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən rəqiblərinə nisbətən texnologiya baxımından güclüdürlər.

Beləliklə, kriptovalyuta, blokçeyn, “Bitkoin”, “Ethereum”, “DeFi” (Mərkəzləşdirilməmiş Maliyyə) və “NFT” (Əvəzolunmaz Tokenlər) sürətlə dünya ölkələrinin leksikonlarına daxil olmaqdadır. İri kinostudiyalar tərəfindən yaradılan blokçeyn üzərində qurulmuş auksion platformalarda dövriyyəsi on milyonlarla dollar olan rəqəmsal sənət əsərləri satılır. Hətta ölkələr arasında kriptovalyutanı özlərinin valyutası qəbul edənlər belə var. Məsələn, 6 milyonluq əhalisi olan Cənubi Amerika ölkəsi Salvador “Bitkoin”i özünün rəsmi valyutası elan edib. 

Çinin kriptovalyuta siyasəti Bitkoini çökdürdü: 300 milyard dollar “əridi”

Bu gün dünyada 50 milyona yaxın insan “Bitkoin”ə etibar edib. “Bitkoin”in ümumi bazar dəyəri 870 milyard dolları keçib və sürətlə “Apple” şirkətinin dəyərinə yaxınlaşır. “Bitkoin”i onlayn ticarət platformalarında qeydiyyatdan keçərək debet kartı ilə əldə etmək və şəxsi elektron süzdandan istənilən istiqamətdə köçürmək olar.

Avqustun 23-nə olan məlumata görə, “Bitkoin”in qiyməti 50 min dollara çatıb. Cari ilin 15 may tarixindən bəri ilk dəfədir ki, “Bitkoin”in qiyməti bu qədər artıb. Bəzi mütəxəssislər tezliklə onun dəyərinin bir milyon dollara qədər çatacağını, bəziləri isə tamamilə aşağı düşəcəyini proqnozlaşdırır.

Bu gün 45 min dollar dəyərində olan “Bitkoin”in bir milyon dollara çatacağını və ya əksinə, sıfıra enəcəyini proqnoz edənlər var. “Bitkoin” sahibləri onun gələcəkdə dünya miqyaslı valyutaya çevriləcəyinə və hətta bəziləri onun ölkələrin ənənəvi valyutalarını əvəz edəcəyinə inanır.

Bəs ölkəmizdə də elektron valyuta ideyası baş tutacaqmı? Buna ümidlər nə qədərdir?

Kriptovalyuta manatı əvəzləyə bilər... - Modern.Az Azərbaycan və dünya  xəbərləri

Vüqar Bayramov qeyd edib ki, növbəti dövr virtual dövrü olacaq: “Və bütün hallarda gözlənti ondan ibarətdir ki, dövlətlər özlərinin virtual valyutasını buraxacaq və kriptovalyutalar vasitəsilə alış-veriş etməyə çalışacaqlar.

Beləliklə, reallıq ondan ibarətdir ki, virtual valyuta dövrü gəlir və hər bir ölkənin bu yeni mərhələyə hazırlaşması vacibdir".

musavat