|
Azərbaycanda vəkil koronavirusdan vəfat edib

Vəkil Fərman Əfəndiyev vəfat edib.

Bu barədə APA-ya 25 saylı Vəkil Bürosundan məlumat verilib. Bildirilib ki, büronun vəkili, Vəkillər kollegiyasının üzvü Fərman Əfəndiyev bu gün koronavirus xəstəliyindən dünyasını dəyişib.

Allah rəhmət eləsin!