Avqustun 22-də futbol üzrə İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi qarşılaşması keçirilib.
Trend xəbər verir ki, “Emirates” stadionunda baş tutan görüşdə iki London təmsilçisi - “Arsenal” və “Çelsi” komandaları üz-üzə gəlib.
Görüş “Çelsi” komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab matçın 15-ci dəqiqəsində açılıb. Romeru Lulaku debüt oyununda qol vurmağı bacarıb. İyirmi dəqiqə sonra “Çelsi” hesab arasındakı fərqi iki topa çatdırıb. Meyson Mountun ötürməsindən sonra Ris Jeyms fərqlənib.
