|
Şəhidin bulağı Salahovu niyə maraqlandırmır.

Xəzər rayon İcra başçısı müraciətləri laqeydliklə qarşılayaraq, sakinlərin xahiş və istəklərini qulaqardı edir. Salahov problemlərə zaman ayırmağı artıq hesab edərək, həyatın nəşəsini yaşayır. Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elşən Salahov əvvəl Sabiq İcra başçısı İslamovun birinci müavini vəzifəsində çalışıb. Üç diplomlu Elşən müəllim Xəzər rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsini də icra edib. Təsərrüfat işlərinə biganəlik , İcra başçısının təsərrüfatla heç bir əlaqəsi olmadığına əsaslanır. İkinci Qarabağ müharibəsində şəhid olmuş Əhmədli Qardaşxan Elxan oğlunun adına bulaq inşa olunsa da, bulaq susuz qalıb, bulağın suyundan dadan olmayıb.Bulağın susuz qalması bir yana, yerləşdiyi küçənin işıqsız qalması isə başqa bir problemdir. Məsələ ilə bağlı yerli İcra Hakimiyyətinə, “Azərsu”, ASC-yə və prezident Adminstrasiyasına müraciətlər ünvanlanıb. Bizim rahat yaşamağımız üçün canını fəda edənlərə qarşı biganə münasibət İcra başçısının səlahiyyətlərinə və vətəndaşlara olan soyuq münasibətinin təzahürüdür. Uzun müddət bank sektorunda çalışan Elşən Salahovun başı ancaq maliyyə məsələlərində özünə əziyyət verir. Sosial ,ictimsi məsələləri şəxsinə uyğun hesab etməyən Elşən müəllim başçı postunu zəbt etsə də, səlahiyyətlərini icra etməkdə ərincəklik edir.

Cia/az