|
Bakıda tükürpədici qətl:

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb.

Cia.az "lent.az"-a istnadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb.

Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar.

Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib.

Hazırda faktla bağlı araşdırmalar gedir.