|
Babayevin qanunsuz əməlləri şeytanı belə qısqandırır.

Son bir il ərzində internet portallarında, sosial şəbəkələrdə ən çox tənqid olunan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdir. Hörmətli nazirimiz struktur funksional islahatlar aparmaq əvəzinə sərvət sevdasına düşüb, korrupsiyaya aludəçiliyinə tutulub. Yetimlərin, əlillərin, yoxsulların pensiyası hesabına şəxsi büdcə yaradan Babayev , onun qanunsuz əməlləri sosial gərginliyi pik həddə çatdırır. İstənilən cəmiyyətdə rəiyyətin pənah apardığı kürsü tutanlardır. Kürsü tutanlar rəiyyət və dövlət arasında körpü rolunu oynasa da, Sahil Babayev körpüsünün bəndləri çoxdan çürüyüb. Babayev pulun yaratdığı qürur və ambisiya ilə şəxsindən olan şikayətlərə özünə rəva bilib cavab da vermir. Sıradan vətəndaşları “üçüncü sort ” yaradılış hesab edən Sahil müəllimdən ictimai narazılıqlar , qınaqlar bitib- tükənmir. Qazilər, şəhid ailələri və ünvanlı sosial yardım alan vətəndaşlarla rəftarı nazirə müstəsna səlahiyyətlər verilməsindən xəbər verir. Sahilin sahilə vuran dalğa kimi kükrəyib, pafoslu çıxışları vicdanlı məmur karikaturası yaratsa da, reallıq isə şikayətçilərin dilindədir.

Rüşvət qarşılığında sosial yardım

Rüşvət qarşılığında ünvanlı sosial yardım təşkil edən Sosial Müdafiə nazirinin ünvanladığı yardımlar səhv ünvana çatdırılır.

Ağanın malı, nökərin canı

Dünyanı təlatümə gətirən karonavirus pandemiyasının yaratdığı böhranı daha da qəlizləşdirib, əhalinin maddi rifahına zərbə vuranlar içərisində nazirin ismi ön sıralardadır. Karantin zamanı 2000 dən artıq işçinin qanunsuz işdən azad olunmasını gerçəkləşdirməklə Babayev ölkə gündəmində məşhur oldu. Milli Məclisin iclasında 250000 manat pul vəsaitinə qənaət etməklə qürrələnən məmurun qənaəti təqaüdçülərin əmək haqlarınadır. Yoxsul təqaüdçülərin pensiyalarının kəsilməsi, yarıbayarı azaldılmasında əvəzolunmaz xidmətləri olan Sahil müəllimin hərəkətlərini anlamaq üçün ancaq folklora üz tutmaq məcburiyyətində qalırıq.“Toxun acdan nə xəbəri” Əlillərin müavinətinin müxtəlif bəhanələrlə dayandırılması,ünvanlı sosial yardım alan vətəndaşlara maliyyə dəstəyinin kəsilməsi nazirlikdə ciddi islahatların aparılmamasından, piar kompaniyaları aparılsa da, ciddi işlərin görülmədiyini düşünməyə əsas verir. Babayevin əməlləri şeytanı qısqandırır.

Şirvan şəhər sakini Mürvət Həsənov ağciyər xərçəngindən əziyyət çəkir. Həm də şəkərli diabet xəstəsi olan Şirvan şəhər sakininin gözləri tutulub. Xəstəliyinə görə təqaüd alan vtəndaşın təqaüdü Sahil Babayevin islahatları nəticəsində kəsilib. Nazirin məntiqinə əsaslansaq, xəstəlik metastaz verməyibsə, təqaüd düşmür. Üçüncü qrup əlilliyi olan qazilərin təqaüdlərinin dayandırılması üçün canfəşanlıq edən nazir “qəhrəman nazir” status qazanmaq iddiasındadır.

Cia/az