Sonuncu dəfə “Cam tavanlar” serialında rol alan aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla evlərini ayırıb.
CİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Hakan Başın ata olmaq istəməsi olub.
Karyerasına davam etmək istəyən aktrisa isə razılaşmadığı üçün onlar arasında problem yaşanıb. Ayrı-ayrı evlərdə yaşayan cütlüyün ayrılıq qərarı aldığı deyilir.
Qeyd edək ki, B.Soral ilə H.Baş 2018-ci ildə ailə həyatı qurub.
