Azərbaycanda müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti sabahdan etibarən mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, noyabrn 5-i gündüzdən etibarən qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Yaxın 2 gün ərzində temperatur rejimində ciddi fərq gözlənilmir. Noyabrın 6-7-dən sonra isə ölkə ərazisində havanın temperaturu bu tədricən 1-2 dərəcə yüksələcək.
