|
Şüvəlanda 55 yaşlı kişi qohumu tərəfindən döyülüb

Bakıda döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Şüvəlan qəsəbəsində qohumlar arasında düşən mübahisə 1966-cı il təvəllüdlü Süleymanov Kamil Cəlal oğlunun döyülməsi ilə nəticələnib.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.