|
"CoronaVac" vaksinin "Delta" ştammına qarşı qoruyuculuğu yoxdu? -TƏBİB açıqladı

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva "CoronaVac" vaksinin effekt verməməsi ilə bağlı suala cavab verib.

O, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib ki, bu yanlış məlumatdır:"Mən üçüncü dozanı Sinovac vurdurmuşam. Ancaq seçimlər müxtəlifdir. Vətəndaşlar istədiyi vaksindən istifadə edə bilər".

Qeyd edək ki, Çində “Sinovac” şirkətinin peyvəndi olan “CoronaVac” koronavirusun mutasiya olunmuş variantlarına qarşı effektli olmadığı bildirilib. Sözügedən peyvəndi vurduran şəxslər hazırda dünyada yayılmaqda olan “Delta” ştammına yoluxa bilərlər. Buna görə də Çində qəbul olunan yeni qərara görə, “CoronaVac”ın hər iki dozasını vurduran şəxslərə “Pfizer” peyvəndi vurulacaq. Bizdə də “CoronaVac”ı vurduranlar arasında virusu ağır keçirənlərin olduğu deyilir.