|
"Sentyabrın 15-də məktəblərin bərpa olunması nəzərdə tutulub" - Şahmar Mövsümov

Sentyabrın 15-də məktəblərin bərpa olunması nəzərdə tutulub.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib:" o ki qaldı valideynlərin vaksinasiya olunmasına, belə bir ələbi qoyulmayıb".

Ş.Mövsümov deyib ki, sentyabrın 1-dən böyük ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVİD pasportu ilə olacaq. Eyni zamanda bu, ali təhsil müəssisələrində tələbələrdən də istəniləcək”.