|
COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb

COVİD-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib. O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində - qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

"Yaşı 18-dən yuxarı olan şəxslərin COVİD-19 pasportunun olub -olmaması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “ASAN İcazə” mobil tətbiq vasitəsilə yoxlanılacaq. Yalnız COVİD-19 pasportu olduğu təqdirdə şəxs qeyd olunan məkanlara buraxılacaq".