Tanınmış din xadimi, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxayın “Məhərrəmlikdə toy və şənlik edənlərin gələcək səadətlərinin və uşaqlarının sağlamlığının sual altında olduğunu" bildirməsi geniş müzakirə obyektinə çevrilib.
Əksəriyyət din xadiminin bu fikirlərini sərt tənqid etsə də, müdafiəsinə qalxanlar da olub.
Onlardan biri aparıcı Zaur Baxşəliyevdir. Aparıcı bu barədə öz “İnstaqram” hesabında aşağıdakıları qeyd edib:
“Görəsən “Qurani-Kərim”də Aşura günü toy etmək olmaz sözü yazılmayıb" deyənlər Quranda yazılanlara riayət edirmi? Fərz edək ki, siz düz deyirsiniz, belə bir qadağa yoxdur. Bəs insanlar Quranın günah bildiklərini niyə edirlər? Məsələn, spirtli içki içmək, zina, qeybət etmək, yetim haqqı yemək, “ev yıxmaq”, başqasının haqqına girmək, yalan danışmaq, oğurluq etmək və sairə”.
