|
Öz işimizi yüksək səviyyədə quracağıq -

Azərbaycan qələbə qazanmaqla özünün şərəfli tarixini yazıb. Digər sahələrdə olduğu kimi biz də öz işimizi yüksək səviyyədə quracağıq.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib

Onun sözlərinə görə, MSK Operativ Qərargahın bütün qaydalarına əməl edir: “Ölkə rəhbərliyinin şəxsən özü bu məsələlərə nəzarət edir”.