|
Bakının bu hissəsində işıqforlar quraşdırılıb

Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində aparılan təhlillər əsasında işıqfor obyektləri quraşdırılıb.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, eyni zamanda Nazim İsmayılov və Yavər Əliyev küçələrinin kəsişməsindəki işıqfor obyektləri ləğv edilib.