|
“Cins şalvar geyinənlər kafirdir”
Türkiyəli din adamı son açıqlaması ilə diqqət çəkib.
Cia.az-ın məlumatına görə, daha öncə 6 yaşlı uşaqların evləndirilməsilə bağlı da fətva verən Nurəddin Yıldız adlı din adamı indi də Türkiyənin böyük qismini kafir adlandırıb.
O bildirib ki, cins şalvar geyinən şəxslər kafirdir. Nurəddin Yıldız fikirlərində bir az da irəli gedərək “şalvarın türklərin geyimi olmadığını, bu geyimdən istifadə olunmamasını” deyib.
Cia.az