|
Türkiyə hərbçiləri Əfqanıstanda qalacaq, amma...

Türkiyə NATO-nun Əfqanıstandan çıxmasından sonra Kabil hava limanına nəzarət etməklə bağlı planlarını ləğv edib, ancaq ““Taliban”” istəsə, ona dəstək verməyə hazırdır. Bu barədə iki türk mənbəsi bazar ertəsi bildirib. Əfqanıstanda 600 əsgəri olan Türkiyə digər NATO üzvləri ölkədən çıxarıldıqdan sonra hava limanını qorumaq və idarə etmək üçün onları Kabildə saxlamağı təklif etmişdi. Ankara Vaşinqton və Prezident Əşrəf Qəninin hökuməti ilə detalları müzakirə edirdi.

Əşrəf Qəni ölkəni tərk edib, Kabil aeroportuna insanların axını orada xaos yaradıb. Bu şərtlərdə hava limanına nəzarət etməyin mümkün olmadığı bildirilir. Belə çıxır, Türkiyəni Əfqanıstan ssenarisindən kənarda qoymaq istəyirlər. Baxmayaraq ki, bu plana qarşı Türkiyədə etirazlar var. Müxalifət Kabil aeroportuna nəzarəti lazımsız risk adlandırıb. Amma Türkiyə Əfqanıstanın yeni hökuməti ilə bu məsələni müzakirə etməyə hazır olduğunu bildirib.  Kabil aeroportunda qalmaq Türkiyənin nəyinə lazımdır?

Dostumuzu itirdik” - Elxan Şahinoğlu vəfat edən diplomatdan yazdı | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, Türkiyə hərbçilərinin Kabil hava limanında qalması “Taliban”ın yönəldəcəyi siyasətdən və atacağı addımlardan asılıdır: ““Taliban” təmsilçiləri hələ ki Türkiyənin Kabil hava limanının hərbi nöqtələrində iştirakının əleyhinə deyillər. Hətta Türkiyəni qardaş ölkə adlandırır,  amma “Taliban” daxilində başqa qruplar var və bəzi qruplar tam əksinə deyir. Həmin qüvvələr Türkiyə hərbçilərinin Əfqanıstandan çıxarılmasının istəyir, hətta sentyabrın əvvəlinə qədər vaxt verdiklərini deyiblər”.

Kabil hava limanını Türkiyə hərbçiləri qoruyacaq? - "İki sahil"

Mərkəz rəhbəri deyib ki, Türkiyənin maraqları baxımından hərbçilərin Kabildə qalması Türkiyənin bölgədə artan rolundan xəbər verir: “Təhlükə yaranacaqsa, “Taliban”la bir razılaşma olmayacaqsa, Türkiyə hökuməti hərbiçilərin çıxarılması barədə qərar verəcək. Yox, əksinə, “Taliban” təminat verəcəksə, hərbiçilər orada qalacaqlar və Türkiyə bölgədə rolunu göstərəcək. NATO dövləti kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. “Taliban” desə ki, Türkiyə buradan çıxmalıdır, Türkiyə hərbçilərinin bu qərara rəğmən Kabil hava limanında qalacağını zənn etmirəm. Türkiyə müxalifəti də bu durumu bildiyinə görə bu cür tələblərlə çıxış edir və hökuməti də daha pis sıxışdırır. Türkiyədə müxalifət tək bu mövzuda yox, əfqan qaçqınları mövzusunda da hökuməti sıxışdırır ki, vaxtilə Suriya ilə qapıları açdı, 4-5 milyon suriyalı Türkiyəyə gəldi. Bunun nəticəsində Türkiyənin iqtisadiyyatı çökdü, milyardlarla dollar xərcləndi. İndi eyni ssenari əfqanlarla də yaşana bilər. Etiraf etmək lazımdır ki, Suriya qaçqınlarının Türkiyəyə gəlişinə Ərdoğan insani nöqteyi-nəzərdən müsbət yanaşıb, humanitar koridor yaratdı. Suriyalılar Türkiyəyə keçdi. Amma hazırda Türkiyə əfqan qaçqınların keçidinə artıq icazə vermək istəmir. Çünki əfqan qaçqınları da Türkiyəyə gəlsələr, ölkənin iqtisadi durumu yaxşı olmayacaq. Bu isə Türkiyədə hakim partiyanın onsuz da enən reytinqini bir  qədər də endirəcək. Ona görə aylar öncədən İranla sərhəddə divarın tikilməsinə qərar verən Türkiyə hökumətinin əfqan qaçqınlarının Türkiyəyə daxil olmasına imkan verəcəyi inandırıcı deyil. Çünki bu da baş verərsə, müxalifətin Türkiyədə əli güclənəcək”.

Mərkəz rəhbəri bildirib ki, Türkiyənin Əfqanıstanda hərbi varlığı milli maraqlarına cavab verir.