|
3 erməni hərbçisi postda güllə yarası ilə öldürülmüş halda tapılıb

Ermənistanın rəsmi qaynaqları və xəbər saytları həyəcanlı məlumat yayıblar.
Cia.az məlumatın məzmununu təqdim edir:
"Avqustun 19 -da saat 02:15 radələrində Ermənistan Sərhəd Qoşunlarının cənubi - şərq istiqamətindəki (Zəngəzur) N saylı döyüş postunda güllə yarası alan Murad Muradyan (2002 -ci il təvəllüdlü), Levon Harutyunyan (2002 -ci il təvəllüdlü), Qora Sahakyan (2002-ci il təvəllüdlü) meyitləri tapılıb. Səbəblər araşdırılır".