|
"Alp Arslan" üçün at minib, qılınc oynatdılar - Fotolar

Aktyor Burak Özçivitlə ailə həyatı qurduqdan sonra uzun müddət ekranlara vida edən Fahriye Evcen yeni layihəsi üçün məşqlərə başlayıb. 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, baş rollarını aktyorlar Barış Arduç və Fahriyenin canlandıracağı "Alp Arslan" serialına hazırlıqlar davam edir. 

 

Qılınc oynatma, at sürmə dərsləri alan aktyorlar məşq zamanı görüntülənib.

"TRT1" telekanalında yayımlanacaq ekran işində Fahriye "Akça Hatun", Barış isə "sultan Alp Arslan" roluna həyat verəcək.