|
"Böyük yeddilik" gələn həftə Əfqanıstanı müzakirə edəcək VİDEO

Böyük yeddilik gələn həftə Əfqanıstanı müzakirə edəcək, - bu barədə Ağ Evin məlumatında deyilir.

ABŞ Prezidenti Joe Biden və Böyük Britaniyanın Baş naziri Boris Johnson çərşənbə axşamı günü Əfqanıstanda baş verənləri müzakirə ediblər.

İki ölkə lideri müttəfiqlərin və demokratik tərəfdaşların gələcəkdə Əfqanıstanla bağlı siyasətini, eləcə də qlobal ictimaiyyətin qaçqınlara və digər müdafiəsiz əfqanlara necə daha çox humanitar yardım və dəstək verə biləcəyi yollarının koordinasiyasının vacibliyini müzakirə ediblər.

"Onlar ortaq strategiya və yanaşmanı müzakirə etmək üçün gələn həftə Böyük yeddiliyin liderlərinin virtual görüşünü keçirməyə razılaşıblar", - məlumatda deyilir.

Zabihullah Mujahid giving press conference in Kabul

Taliban: ''Nə daxildə, nə xaricdə düşmən istəmirik, hamını bağışladıq, qadınlar şəriətə uyğun yaşayacaq''

Əfqanıstan paytaxtı Kabili ələ keçirən Taliban özünün ilk mətbuat konfransını keçirib.

Jurnalistlərin suallarına cavab verən Talibanın rəsmi nümayəndəsi, o cümlədən ABŞ qüvvələri ilə əməkdaşlıq edən şəxslərin əfv olunacağını deyib, qadınların vəziyyətini və təhlükəsizlik məsələlərini şərh edib.

Əfv və qisas barədə

Kabildə keçirilən mətbuat konfransında jurnalistlərin suallarına cavab verən Talibanın sözçüsü onlara qarşı vuruşunların əfv olunacağını bəyan edib.

"Əfqanıstanda sabitlik və sülh naminə bizə qarşı vuruşanların hamısını əfv etdik. Düşmənçiliklərə son qoyuldu", - Zabihullah Mücahid deyib.

Onun sözlərinə görə, onlar Talibana qarşı vuruşanlardan qisas almaq fikrində deyillər.

"Daxili və xarici düşmən istəmirik", - Zabihullah Mücahid deyib.

Qadınların hüquqları

Hökumət nümayəndəsi həmçinin ölkədə qadınların vəziyyəti barədə danışıb.

O, qadınların cəmiyyətdə çox aktiv olacağını" və "İslam qanunlarımız çərçivəsində" işləmələrinə icazə veriləcəyini bildirib. Lakin bunun real həyatda nə demək olduğunu izah etməyib.

Eyni zamanda Zabihullah Mücahid qadınların islam qanunlarını qəbul etməsinin əhəmiyyətini vurğulayıb.

Təhlükəsizlik vəziyyəti

"Ölkə daxilində tam təhlükəsizlik mövcuddur", - Talibanın nəzarətində olan bölgələrdə insan oğurlanması və qətllər barədə xəbərləri şərh edən Zabihullah Mücahid deyib.

Hökumət sözüçüsü həmçinin ölkədə xarici döyüşçülərin sığınma riski barədə suala da cavab verib.

"Əfqanıstan torpağı heç kimə qarşı istifadə edilməyəcək, - Zabihullah Mücahid deyib.

"Biz beynəlxalq ictimaiyyəti buna inandıra bilərik."

Onun sözlərinə görə, Əfqanıstanda döyüşlərə son qoyulmalıdır: " Əmin olmaq istəyirik ki, Əfqanıstan artıq münaqişə meydanı olmayacaq".

Mətbuat barədə

Talibanın sözçüsü mətbuatın roluna hörmət ediləcəyini "özəl medianın azad və müstəqil olmağa davam edəcəyinə" söz verərkən deyib ki, "media bizə qarşı işləməməlidir".

"Media millətin birliyi üçün işləmildir", - Taliban nümayəndəsi deyib.

O, əmin edib ki, Taliban "mədəni çərçivələri" daxilində mediaya sadiq qalır.

"Hökumət qurulandan sonra hər şey daha aydın olacaq".

Taliban döyüşçüləri Kabildə

Türkiyə Əfqanıstanda qalacaqmı?

Türkiyə Əfqanıstan münaqişəsi ilə bağlı Taliban da daxil olmaqla "bütün tərəflərlə" danışıqlar apardığını bildirib. Bunu Türkiyənin Xarici İşlər Naziri öz iordaniyalı həmkarı ilə Əmmanda keçirdiyi mətbuat konfransında deyib.

Mevlüt Çavuşoğlu, Türkiyənin hazırda həm öz, həm də digər ölkələrin vətəndaşlarını təxliyə etmək üçün çalışdığını deyib.

Bundan əvvəl Türkiyə, digər qüvvələrin geri çəkilməsindən sonra Əfqanıstan hava limanını qorumaq üçün Kabil aeroportunda qalacağını elan etmişdi. Amma Taliban hakimiyyəti ələ keçirdikdən sonra bunun baş tutub-tutmayacağı məlum deyil.

Adı çəkilməyən iki mənbə Reuters xəbər agentliyinə bu planların hazırda ləğv edildiyini bildirib, ancaq Taliban istəsə Türkiyə dəstək verməyə hazırdır, mənbə deyib.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu

Bazar ertəsi günü yayılan görüntülərdə on minlərlə əfqanın ölkəni tərk etmək təyyarənin üçün uçuş xəttinin üzərində dayandığı, təyyarələrin üstünə çıxanların təyyarə hərəkət etdikdən sonra onun üzərindən yıxıldığı görülüb. Həmin hadisələrdə 5 nəfərin öldüyü bildirilsə də, onların atəşlə öldürüldüyü və ya izdihamda əzildiyi məlum deyil.

https://www.bbc.com/azeri/international-58220882