|
Azərbaycan qaz ixracını yarıdan çox artırıb

Azərbaycan 2021-ci ilin yanvar-iyul aylarında 12,061 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56,3 faiz çoxdur.

Trend-in məlumatına görə, dəyər baxımından qaz ixracı təxminən 2,015 milyard dollar olub.

Göstərilən dövrdə Azərbaycanın ümumi ixracatının 17,68 faizi qazın payına düşüb.

Qeyd edək ki, ötən il Azərbaycan 12,424 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da 2019 -cu illə müqayisədə 0,8 faiz az idi.