"Co Baydenin Əfqanıstanda baş verənlərə icazə verdiyinə görə utanc içində istefa verməsinin zamanı gəldi."
Avropa.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Taliban" hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsinə münasibət bildirərkən deyib. Tramp, yaydığı yazılı açıqlamada ABŞ prezidenti Baydeni sərt tənqid edib.
"İstefa vermək Bayden üçün böyük bir şey olmamalıdır. Çünki qanuni yolla seçilməmişdir. Co Baydenin Əfqanıstanda etdikləri bir əfsanədir. Amerika tarixində ən böyük məğlubiyyətlərdən biri olaraq tarixə düşəcək!", - deyə Tramp qeyd edib.
Tramp, ABŞ Prezidentini ölkədə Kovid-19-a yoluxanların sayının artması, daxili köç, iqtisadiyyat və enerji mövzusunda da tənqid edib.
