Məmurlar, onların davranışları, övladları hər zaman diqqət mərkəzində olur . Bu məntiqlidir ,çünki məmurlar ölkənin sərvət və gəlirləri ilə formalaşan dövlət büdcəsi hesabına yaşayırlar .
Məmurlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyəndə ,onlara etibar edilmir ,vəsaitləri talayanda , rüşvət alanda ,və öz işlərindən suistifadə edəndə etirazla qarşılanırlar .
Ailələri və övladları oğurlanmış sərvət hesabına qudurğanlıq edəndə xalq məmurlara qarşı üsyan səsini qaldırmaya bilmir.
Bizim ölkədə bu cür harınlamış məmur və övladlarının adlarını sadalamaqla bitməz . Bu barədə növbəti araşdırmalarımızda məmur və balalarının törətdiyi əməlləri bir – bir üzə çıxarıb, qınaq obyektinə çevirib , ölçü götürülməsini və aktuallığını önə çəkməyə çalışacağıq .
Prezident dəfələrlə bəyan edib ki ,dövlət məmurları öz şəxsi maraqlarına deyil ,xalqa xidmət etməli ,ailə üzvləri isə özlərini elə aparmalıdı ki ,başqalarına örnək olsun .
Hər bir dövlət məmuru öz xalqına vicdanla xidmət etməlidir. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxır ,onları saymır ,təhqir edirlər . Məmur öz işini şərəflə yerinə yetirməli, insanlara qulluq etməlidir . Yəqin hələ də o vəzifəyə nə üçün qoyulduqlarını anlamırlar . Özləri üçün böyük məclislər ,təmtəraqlı yubileylər ,toylar düzəldirlər . Yaraşırmı bu sizə, hörmətli məmurlar ?
İlham Əliyev dəfələrlə öz çıxışında bu məmurlara öz iradını sərt şəkildə bildirsə də, lakin buna məhəl qoymayanlar da var . Ölkə başçısının bu sözlərini qulaq ardına vurur ,onların uşaqları isə özlərini qudurğan aparmaqda davam edir . Nəticədə yenə siyasi hakimiyyət günahkar sayılır .
Normal hüquqi dövlətlərdə məmurların cəzadan kənarda qalması mümkün deyil . Onun ilk işi könüllü istefaya getmək ,ikinci isə qanun qarşısında cavab verməkdir .
Bəs bizdə ? Məmur və balaları cəzalandırılmı ? Əgər cəzalandırılırsa , bəs niyə təkrar cinayət törədirlər . Bu yaxınlarda Relax – da baş verən hadisə buna sübutdur . İşçilərin döyülməsi və məmur oğlunun ,qohumlarının həbs olunmasına baxmayaraq, hələ də bu kimi problemlər bitmək bilmir. Belə başa düşmək olur ki ,psixoloji durumlarında problem var . Psixologiyada buna “psixopatiya” deyilir . Psixoloqlar deyirlər ki, psixopatiyadan əziyyət çəkənlərə meydan verildikdə ən ağıla sığmaz hərəkətlərə yol verirlər . Çox təəssüf ki ,bizdə bu hallara şərait yaradanlar az deyil . Polis ” zerkalni” maşın nömrələrinə toxunmamağa çalışır . Yaxud məmur balası kiməsə qarşı fiziki şiddətə , zorakılığa yol verirsə, cəzasız qalacağını düşünür . Hələ bəzi məmurlar var ki ,ölkədə əsgəri xidmətdə olmadan ayrı – ayrı ölkələrdə vətəndaşlıq alaraq , dəbdəbəli həyat sürürlər . Sanki “Hər şey belə olmalıdır “ deyə, bəzi məmurların heçnə vecinə deyil .Nə məmurlar, nə də övladları sıravi vətəndaşdan mənəvi və hüquqi cəhətdən heç bir üstünlüyə malik deyil. Dövlət başçısına baxıb övladı necə yetişdirmək olar – bəlkə, ibrət dərsi götürərsiniz .
Bu övladlar kimə,nəyə arxalanır? Dövlətin qanunlarını belə rahat çeynəyirlər . Təbii “ papanın gül balaları “ nın güvəndiyi dağ atalarıdır.
Cənab İlham Əliyev bu yolda uğurlu addım həmişə atıb və atmaqda davam edir . Vətəndaşları narazı salan məmurların işinə xitam verilir , yaxud törətdiyi əməl cəza yönümlüdürsə ,həbs qətiimkan tədbiri seçilir
Bəs niyə bitmir bu hallar ? Demək, hələ də məmur özbaşınalıqları hökm sürür.
Etiraz etmək hüququ təməl və gözəl hüquqdur . Odur ki ,əziz xalqım bu harınlamış məmur və balalarına görə susmayaq ! Haqqımızı hər zaman tələb edək . Bizim dövlətimiz və prezidentimiz hər zaman yanımızdadır . Odur ki ,Susmayın ! Haqqı deməmək kafirlikdəndir .
Cia.az
