Biləsuvar rayonunun keçmiş icra başçısı Mahir Quluyevə həps qətiimkan tədbiri seçilib. Bu dəfə Quluyevə vəzifə tutan oliqarx məmur dostları havadarlıq etməkdə aciz qalıblar. Mahir Quluyev 2020- ci il 29 apreldə Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələrinin Biləsuvar rayonunda İcra Hakimiyyətinin binasında xüsusi əməliyyatı nəticəsində saxlanılaraq Bakıya gətirilmişdir. Mahir müəllim xidməti otağında rüşvət almaqdan utanmasa da, hakim qarşısında utandığını və əməllərindən peşman olduğunu dilə gətirib. Lakin sonrakı peşmançılıq fayda verməz, Quluyev.
Özü düşən ağlamaz
Kafedən İcraya gətirilən Mahir müəllim çəngəl –bıçaq düzüb, vəzifəlilərin masasına yemək daşımaqdan başqa bir şey bacarmır. Tutduğu qoltuq ona yeni işini mükəmməl öyrətməsə də, cibini doldurmağın yollarını qəşəng öyrətdi. El arasında ona “çəngəl- bıçaq Mahir “statusu təsadüfi seçilməyib.. İcra başçısının vandalizmi mədəniyyət obyektlərini dağıtmaqla başladı. Kafe – restorandan başqa mədəniyyət obyekti tanımayan Mahir müəllimin yeganə səcdəgahı da elə yemək masaları, kafe- restoran qapıları oldu. Muğam teatrı kimi fəaliyyət göstərən binanı da sökdürüb yerində mağaza tikdirən eks icra başçısının dərdi ancaq mədəniyyətə mədəniyyətsiz davranmaq idi. Mahir Quluyevin özbaşnalığından ən çox əziyyət çəkən isə yazıq kəndlilər oldu. Əkin sahələrinin zorla əllərindən alınması biçarələrin sosial vəziyyətini ağırlaşdırır, onları zülümə mübtəla edirdi. Torpaqları qohum- qardaş arasında paylayan Mahir vətəndaşlara zülm etməkdə daha mahir oldu. Cənab prezident İlham Əliyev əkin sahələrinin boş qalmaması, əkilib- becərilməsi üçün göstəriş vermişdir. Quluyev isə bu göstərişi öz sülaləsi ilə birlikdə həyata keçirirdi. Əkin sahələrində taxıl, qarpız, sarımsaq becərtdirir, Kəndlilərə məxsus torpaqları dədə payı hesab edirdi. Biləsuvar sakinlərinə münasibətdə qırmızı xətti keçən Quluyevi düşünülməmiş əməlləri qırmızı xətlə işarələdi. Təhsili vacib bilməyən icra başçısı üstünlüyü məharətə versə də, təhsilsiz olması başçını hər addımda ələ verirdi. Xidməti otağını “Sahil” restoranından ayıra bilməyən Mahir müəllim müştərinin əlinə baxdığı kimi baxırdı vətəndaş əllərinə. Xırda pulları “çayavoy” almağa alışan keçmiş icra başçısı vəzifə tutduqdan sonra da bu adətindən əl çəkə bilmir. “Naxırçı qızının ürəyi naxır əppəyi istəyir”.
Quluyevin qondarma vikipediyası
Ali təhsillidir, “Naxçıxan universiteti”ni bitirib. Hacı oğlu Mahir əmək fəaliyyətinə fəhlə kimi başlayıb, inkişaf mərhələsindən keçərək usta , daha sonra isə restoran və kafelərdə ofisiant kimi fəaliyyət göstərsə də, vikipediyasında halal əməklə pul qazanmasından ar edərək, vikipediyasını dəyişdirmişdir. Uydurduğu nağıllara özü inansa da, xalq nə onun özünə inandı, nə də qondarma vikipediyasına. Artıq tamah baş yarır Ciddi karantin qaydalarının tətbiqi soial vəziyyəti aşağı olan ailələrə və şəxslərə sosial yardım ayrılması zərurəti yaratdı. Pul qazanmaqda Mahir olan Mahir müəllim bu zərurətdən də faydalanmağa təşəbbüs göstərdi. “Ağıllı təşəbbüs” Quluyevə məhbəsin qapılarını taybatay açdı.
Cia.az
