|
Dəri rəngini bərabərləşdirən maska

Üz dərisinin təmiz, hamar və təravətli olması üçün ev şəraitində müxtəlif maskalar hazırlaya bilərsiniz.

 

Axşam.az Türkiyə mətbuatına istinadən dərinin rəng tonunu bərabərləşdirən məhlulu təqdim edir.

Bir stəkan suya 1 yemək qaşığı alma sirkəsi əlavə edib qarışdırın. Alınan məhlulu üzünüzə çəkib qurumasını gözləyin. Daha sonra ilıq su ilə üzünüzü durulayın və nəmləndirici krem istifadə edin.