|
Qaragöl ətrafında Azərbaycan ordusunun hərbçisinin həlak olması yalandır

Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyindən  sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, qarşı tərəf bu kimi yalan məlumatlarla törədəbiləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir.