Geridə qoyduğumuz həftənin ən ləzzətlə oxuduğum reportajlarından biri idi. Erməni saytları yazmışdı və Qarabağdan qaçan bir erməni qadının fəryadına həsr olunmuşdu. Demək, özgənin torpağına göz dikən bu nanəcibləri artıq öz doğulduqları ölkədə, şəhərdə, İrəvanda da istəmirlər. Fevral ayında İrəvandakı bir yataqxanaya yerləşdirilən qaçqın erməniyə ilk günlər “mənzil problemi həll olunana qədər burada yaşaya bilərsiz” deyilib. Amma indi yataqxana rəhbərliyi bunları küçəyə tökür ki, bəs hindistanlı tələbələr 10 gün sonra gələcəkləri üçün bunlar çıxmalıdılar. Çünki hindistanlı tələbələr yataqxanaya pul verir.
Üstəlik, sosial müdafiə qurumları da onlara azyaşlı uşaqları ilə yaşaya bilməyəcəkləri şəraitdə evlərə köçməyi təklif edirlər. Hətta bu yesirlərə kirayə ev verən belə yoxdur, təsəvvür edirsizmi? Kirayə ev bazarında onlara verilən ilk sual “siz Qarabağdan gəlmisiz?”, olur. Təsdiqləyici cavabı eşidən kimi isə ev sahibləri onlara kirayə ev vermək istəmədiklərini deyir. Erməni "axçi"lər timsah göz yaşlarını axıdaraq deyirlər ki, “bəs belə münasibət olarmı? Türklər bizi ordan qovdular, burda da özümüzünkülər qovur, belə şey etmək olarmı? Axı biz pul istəmirik, ev istəyirik”.
