|
Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-ə istinadən xəbər verir.

Məlumat əsasında dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.